ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsdin əks-sədaları davam edir. Trampın təhlükəsizliyinə cavabdeh olan Gizli Xidmətin direktoru Kimberli Çitl Nümayəndələr Palatasında ifadə verib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, məsuliyyəti öz üzərinə götürən və baş verən sui-qəsd cəhdinin onilliklərin ən əhəmiyyətli əməliyyat uğursuzluğu olduğunu etiraf edən Çitl, istefa verib.

Bayden qısa müddətdə Çitlin yerinə yeni bir namizədi təyin edəcəyini söyləyib. Tramp istefa verdikdən sonra "O, heç vaxt mənə lazimi müdafiəni təmin etmədi, ona görə də demokratiya üçün güllə almalı oldum”, - deyə bildirib.

Zərifə Nağıyeva