Nepalda baş verən təyyarə qəzasında ölənlərin sayı artıb.

"Unikal" xəbər verir ki, ölənlərin sayı 18-ə çatıb.

*** 10:54

Nepalın paytaxtı Katmanduda göyərtəsində 19 nəfərin olduğu kiçik təyyarə havaya qalxarkən qəzaya uğrayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə nəticəsində azı 5 nəfər həyatını itirib.

Bildirilib ki, təyyarə Himalay Respublikasında əsas turizm məkanı olan Poxaraya gedirmiş. 

Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb edilib.

Zərifə Nağıyeva