Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

"Unikal" xəbər verir ki, hazırda qonaqlar hesabda öndədirlər - 1:0.

37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib.

XXX

21:10

Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk qol vurulub.

"Unikal" xəbər verir ki, qonaqlar görüşdə hesabı açıblar.

37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib.

XXX

20:35

Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.

"Unikal" xəbər verir ki, “Liv Bona Dea Arena”dakı matç saat 20:30-da start götürüb.

Görüşü avstriyalı Xulian Veynberqer idarə edir.

Qeyd edək ki, səfərdəki ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 1:1.

XXX

19:33

UEFA Konfrans Liqasının III təsnifar mərhələsinin cavab oyununda üz-üzə gələcək "Zirə" və "Osiyek"in (Xorvatiya) start heyətləri bəlli olub.

"Unikal" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Zirə": Tiaqo Silva, Qismət Alıyev, Ange Muntinsi, Ruan Renato, İssa Cibrilla, Pyer Zebli, İsmayıl İbrahimli, Junior Martines, Rafael Utzoq, Davit Volkov, Eldar Quliyev.

"Osiyek": Nikola Kavlina, Roko Yurisiç, Marko Soldo, Luka Yeleniç, Nail Omeroviç, Vedran Yuqoviç, Darko Neyasmiç, Petar Pusiç, Domaqoy Bukviç, Kemal Ademi, Anton Matkoviç.

Qeyd edək ki, bu gün “Liv Bona Dea Arena”da reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Səfərdəki görüşdə heç-heçə (1:1) qeydə alınıb.