Müğənni Sevda Sanaliyevanı təqib edən şəxsin kimliyi müəyyən edilib.

Bu barədə "Unikal"a DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılır: “Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmanın nəticəsinə əsasən, qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.