Rusiyaya məxsus Mi-8T helikopteri Kamçatkada yoxa çıxıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Vaçkajest vulkanı yaxınlığından havaya qalxan helikopter təyin olunmuş vaxtda xəbər verməyib.

Helikopterdə 3 ekipaj üzvü və 19 sərnişinin olduğu açıqlanıb.

Fövqəladə Hallar Nazirliyi bölgədə sıx duman səbəbindən axtarış-xilasetmə işlərinin dayandırıldığını bildirib.

Zərifə Nağıyeva