San Marino millisi Lixtenşteyni məğlub edərək 2004-cü ildən sonra ilk qələbəsini qazanıb. 

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, Serravala şəhərindəki Olimpiya Stadionunda milli komandalar arasında UEFA Millətlər Liqasının D Divizionunun ilk turunun oyunu keçirilib.

Görüş San Marino təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 53-cü dəqiqədə vurulan yeganə qolu hücumçu Niko Sensoli vurub.

Beləliklə, San Marino millisi son 20 ildə ilk qələbəsini qazanıb.

Fidan Nuriyeva