İspaniya millisinin sabiq üzvü Xuan Matanın yeni klubu müəyyənləşib.

"Unikal"  xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi "Uestern Sidney Uonderers"ə transfer olunub. Bu barədə Avstraliya təmsilçisinin saytı məlumat yayıb. Onunla 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Mata ötən mövsüm Yaponiyanın "Vissel Kobe" klubunda oynayıb.