Muhteşem Yüzyıl serialının "Hürrem Sultan"ı Meryem Üzərli aktrisa olmadan əvvəl bir çox işlərdə çalışdığını bildirib.

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Meryem daha öncə ölülərə makyaj etdiyini bildirib. 

Qeyd edək ki, o, açıqlamasında “Almaniyada dünyasını dəyişən insanların son səfərlərinə ən yaxşı vəziyyətdə getmələrini istəyirlər. Mən xəstəxanada işləyəndə bir komanda onları bu səyahətə hazırlayırdı. Mən də dəfn mərasiminə hazırlaşan mərhumlara makyaj edirdim.” ifadələrindən istifadə edib.

Fidan Nuriyeva