Rusiyanın baş naziri Mixail Mişustin İrana rəsmi səfərə gəlib və burada ölkənin ali rəhbərliyi ilə danışıqlar aparacaq.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.

Bildirilir ki, tərəflər Rusiya-İran ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığının bir sıra məsələlərini, o cümlədən nəqliyyat, sənaye, enerji, təhsil və digər sahələrdə iri birgə layihələrin həyata keçirilməsini müzakirə edəcəklər.