Xəbər verildiyi kimi, Tovuz rayonu, Qovlar şəhərində zavodda baş vermiş yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***09:42

Tovuzda zavod yanır.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qovlar şəhərində baş verib. Belə ki, Qovlar şəhərində yerləşən şərab zavodunda güclü yanğın başlayıb.

Əraziyə FHN Tovuz rayon DYMH yanğın söndürən avtomobilləri və canlı qüvvələri cəlb olunub.

Tural Əhmədov