lbaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatına start verilib.

Azərbaycan Güləş Federasiyasından (AGF) "Unikal"a verilən məlumata görə, mundialda əvvəlcə 60, 67, 72, 82 və 97 kiloqramda yer alan yunan-Roma güləşçiləri xalçaya çıxıblar.

Nihad Quluzadə (60 kiloqram) yaponiyalı Yaşuhito Moriyə (6:3), amerikalı Maksvel Blaka (9:0) və iranlı Mohammadmehdi Qolampura (10:5) qalib gələrək yarımfinala yüksəlib. Finalında bir addımlığında özbəkistanlı Əlişir Qəniyevlə (0:9) bacarmayan Nihad rumıniyalı Denis Mihaya elə ilk hissədə tam üstünlüklə (9:0) qalib gələrək U-23 dünya çempionatını bürünc medalla başa vurub.

XXX

20:23

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.

"Unikal" xəbər verir ki, ikinci günündə yunan-Roma güləşçiləri daha 5 çəkidə mübarizəyə qoşulublar.

Azərbaycan millisinin 5 idmançısının ikisi təsnifat, üçü isə 1/8 finaldan güləşməyə başlayıb.

U-23 dünya çempionatı
Yunan-Roma güləşi

55 kq
Rəşad Məmmədov amerikalı Villiam Sullivan (12:4) və kolimbiyalı Xristafor Aquilara (9:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlıi. Rəşad finala çıxmaq üçün yaponiyalı Kohey Yamaqiva ilə güləşib. 12:2 hesabı ilə qalib gələn təmsilçimiz finala vəsiqə qazanıb. Onun rəqini iranlı Ahmad Vafa olacaq.

63 kq
Ziya Babaşov poşalı Mairbek Salimova 1/8 finalda 0:8 hesabıyla məğlub olub.

77 kq
Xasay Həsənli ermənistanlı Matrik Petrosyana xalların keyfiyyətinə görə (2:2) qalib gəlsə də, 1/8 finalda almaniyalı Samuel Bellşeidtə 0:5 hesabı ilə uduzub.

87 kq
Cocu Səmədov təsnifat mərhələsində polşalı Adam Qardziolaya 1:4 hesabı ilə məğlub olub.

130 kq
Sərxan Məmmədov 1/8 finalda Pavel Qlinçuka (AİN) 4:5 hesabı ilə uduzaraq, çempionatla vidalaşıb.

Qeyd edək ki, dünya çempionatının ilk günündə xalçaya çıxan güləşçilərimizdən üçü bürünc medal şansını qoruyur. Mundiala oktyabrın 27-də yekun vurulacaq.