Suxumda naməlum şəxslər Abxaziya Dövlət Teleradio Şirkətinin binasını ələ keçirməyə cəhd ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
"2024-cü il noyabrın 18-də gecə yarısından sonra Abxaziya Dövlət Teleradio Şirkətinin binası yaxınlığında insident baş verib, guya müxalifət qüvvələrini təmsil edən bir qrup şəxs yayıma nəzarət etmək üçün telekanalın ərazisinə yaxınlaşıb", - məlumatda deyilir.
Mühafizəçilər xəbərdarlıq atəşi açmağa məcbur olublar: "Bu, vəziyyəti sabitləşdirməyə və münaqişənin inkişafının qarşısını almağa imkan verib".
Ağarza Elçinoğlu