Misirdə yaxtanın batması nəticəsində 17 nəfər itkin düşüb.
"Unikal" xəbər verir ki, bu barədə Misir hakimiyyəti məlumat yayıb.
Hökumət Qırmızı dənizdə turist gəmisinin batması nəticəsində 28 nəfərin xilas edildiyini, 17 nəfərin isə itkin düşdüyünü bildirib.
Qırmızı dəniz əyalətinin qubernatoru general-mayor Əmr Hənəfi sağ qalanların şəhərin cənubunda, Vadi əl-Gemal bölgəsində tapıldığını bildirib. Onlara lazımi tibbi yardım göstərilir.
***16:06
Noyabrın 25-də səhər saatlarında Misirin Marsa Alam sahillərində Qırmızı dənizdə göyərtəsində 30-dan çox turistin olduğu yaxta batıb.
"Unikal" xəbər verir ki, bu barədə Qırmızı dəniz əyalətinin administrasiyası məlumat yayıb.
Administrasiyanın məlumatına görə, Marsa Alamın şimalında “Sea Story” yaxtasının batması barədə məlumat yerli vaxtla səhər saat 5:30-da daxil olub. Gəmidə müxtəlif ölkələrdən 31 turist və 14 ekipaj üzvü olub.
Qırmızı dəniz valisi Əmr Hənəfi artıq bir neçə nəfərin tapıldığını bildirib. Axtarışlar davam edir. Hadisənin səbəbi məlum deyil.
Gülayə Mecid