Biləsuvarda baş verən yol qəzası ilə bağlı TƏBİB açıqlama verib. 

"Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 10:00 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 1977-ci il təvəllüdlü (qadın cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sol mil-bilək nahiyəsinin, sol saidin aşağı nahiyəsinin travması diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

***

Biləsuvarda yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.

"Unikal"ın məlumatına görə, o, Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Ələcova Təhminədir. Ağır xəsarət alan qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

***10:52

Biləsuvar rayonunda ağır yol qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə köhnə Bakı-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Naxçıvadan gələn avtobusla "Kamaz" toqquşub. İlkin məlumata görə, yaralılar var.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev