Lənkəranda tapılan qadın meyitinin kimliyi məlum olub.
"Unikal"ın məlumatına görə, Lənkəranda meyiti tapılan qadın, rayonun Bürcəli kənd sakini 1974-cü il təvəllüdlü Səidə Əbdül qızı Səfərova olduğu müəyyən edilib. Onun zob xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
*** 11:11
Lənkəranda meyit tapılıb.
"Unikal" xəbər verir ki, gecə saatlarında Lənkəran rayonunda evlərdən birində orta yaşlı qadın meyiti tapılıb. Qadının kimliyi dəqiqləşdirilir. Onun intihar etdiyi deyilir.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev