İsrail Türkiyənin bölgədəki siyasətinə qarşı çıxmaq və kürd qüvvələrinin ölkədəki mövqelərini qorumaq üçün Suriyanın paytaxtı Dəməşqi ələ keçirə bilər.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazır.

Nəşrin məlumatına görə, İsrail tərəfinin maraq dairəsi Fəratın şərqində yerləşir. Orada Türkiyənin terrorçu hesab etdiyi kürd birləşmələri fəallaşıb. Eyni zamanda, Ankaranın Suriyadakı  terrorçuları (PKK) məhv etmək siyasəti İsrailin maraqlarına ziddir.

“İsrail Dəməşqi işğal edə bilər ki, Türkiyənin diqqətini PKK və SNA-dan yayındıraraq onlara manevr imkanı yarada bilər”, - qəzet yazıb.