ABŞ prezidenti Donald Trampın administrasiyası Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) yüzlərlə əməkdaşının işdən çıxarılmasına göstəriş verib.
"Unikal" xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
"Tramp administrasiyası şənbə günü Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərindəki yüzlərlə əməkdaşını, o cümlədən əsas ictimai səhiyyə vəzifələrində çalışanları işdən çıxarıb", - hesabatda deyilir.
İşdən çıxarılanlar arasında epidemiyalarla mübarizəyə hazırlaşmağa cavabdeh olan Laboratoriya Rəhbərliyi Xidmətini (LLS) təşkil edən təxminən iyirmi işçi də var.İşçilərin sözlərinə görə, işdən çıxarılmasına səbəb kimi aşağı məhsuldarlıq göstərilib.
Gülayə Mecid