Tacikistanın Rəşt bölgəsində zəlzələ nəticəsində 17 yaşayış binası qismən dağılıb.

"Unikal" xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Komitəsinə məlumat yayıb.

“Rəşt rayonunun 4 kəndi ərazisində 17 evə qismən ziyan dəyib, tələfat yoxdur”, - məlumatda deyilir.

Departament əlavə edib ki, zəlzələnin episentrində yeraltı təkanların gücü 5 bal, Düşənbədə isə 3 bal olub.

*** 09:06

Tacikistanda 6,1 maqnitudalı zəlzələ baş verib.

"Unikal" xəbər veri ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Xucand şəhərindən 170 km cənubda yerləşib. Zəlzələnin ocağı 15 km dərinlikdə olub.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmopronoz Mərkəzinin məlumatına əsasən, zəlzələnin maqnitudası 5,8 bal təşkil edib. Düşənbə şəhərinin mərkəzində bir neçə saniyə ərzində zəif yeraltı təkanlar hiss olunub.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.