Şəmkirdə 24 yaşlı gənc oğlan dərmandan zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə rayonunun Keçili kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü R. İsmayılov zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, R.İsmayılov dayısının müalicəsi üçün istifadə olunan dərman həblərini içərək intihara cəhd edib.
Digər zəhərlənmə rayonun Sabirkənd kəndində baş verib. Sabirkənd kənd sakini, 2023-cü il təvəllüdlü N.Alırzayeva yaşadığı ünvanda ehtiyatsızlıqdan həşərat əleyhinə dərman (siçan dərmanı) içərək zəhərlənib. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Hər iki faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov