Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi (XMAO) Dumasının deputatı Xalid Böyükağa oğlu Tağızadənin mandatı əlindən alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
O, Rusiya regionunu miqrantların tarixi vətəni adlandırdığı bəyanatından sonra tutduğu vəzifədən uzaqlaşdırılıb.
Parlamentin saytında qeyd olunub ki, Tağızadə dumanın sosial inkişaf komitəsinin sədr müavini vəzifəsindən məhrum edilib.
Deputatlar Tağızadədən ictimaiyyət qarşısında üzr istəməsini tələb edib və ona açıq irad bildiriblər.
Qeyd edək ki, siyasi dairələrdə onun ölkədən qaçdığı və Azərbaycana getdiyi barədə məlumatlar yayılıb.
Ağarza Elçinoğlu