03.06.2025-ci il tarixində saat 23:10 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 5 nəfər (kişi cinsli) hospitalizasiya olunub. 

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

12:50

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hərəkətdə olan "Kia Optima" markalı avtomobil ağaca çırpılıb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Murad İbrahimli