Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. belə ki, hərəkətdə olan "Hyundai" markalı yük avtomobili minik maşını toqquşub. Qəza zamanı 1972-ci il təvəllüdlü R.Qasımov və 1981-ci il təvəllüdlü H.Qasımova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
Tural Əhmədov