İtaliya görkəmli dizaynerləri ilə yanaşı gözəl qadınları ilə də məşhurdur. Təsadüfi deyil ki, italyanlar dünyanın ən gözəl qadınları hesab edilir. Qadın forması, ehtirası, erotikası ilə "seks simvol rəmzini bu xanımlar heç bir mübahisəsiz qazanır.
Unikal.org "seks simvol sayılan xanımların fotolarını təqdim edir:
Ornella Muti
Bir tərəfi estoniyalı olan italyan gözəli Ornella Muti - doğma torpaqların atipik gözəllik təcəssümüdür. Zərif fiqura, göy gözlər, buğdayı saçlar - ekzotik sayılan bir gözəllikdir. Sanki zaman ona heç təsir etmir. 60 yaşında belə, əsl gözəlçədir.
Sofi Loren
İtaliyanın doğma adamı olan Sofi Lorenin universal populyarlığı var. Tarixə aktrisadan daha çox gözəllik simvolu kimi daxil olub. Kişilər onun qarşısında diz çökür, qadınlar isə onu təqlid etməyə başlayırdılar. Dolğun forma, bənövşəyi gözlər, iri dodaqlar - hər kəs onun bu gözəlliyindən ötrü ölürdü, ancaq onun ürəyi yalnız kino prodüser Karlo Pontiyə məxsus idi.
Gina Lollobrigida
Gözəlliyinin faktı odur ki, "dünyadakı ən gözəl qadınlar, "Notre Dam foto layihəsində iştirak edib. Maili gözlər, ideal üz simmetriyası ilə ancaq öz dövrünün digər gözəli Sofi Lorenlə rəqabət aparırdı.
Claudia Cardinale
Bütün dövrün ən çox arzulanan italyan qadınlarından biri də Claudia Cardinaledir. O, təkcə İtaliyada deyil, Misirdə də çox arzulanırdı. Ana dilini bilməməsi (fransız dilində danışırdı) onun bu məşhurluğuna mane olmadı. Ancaq maraqlısı odur ki, onu sevən çox adamın, hətta yaraşıqlı Alen Delonun da sevgisini rədd edib.
Monika Belluçi
"Bizim dövrün seks simvolu adını qazanan məşhur italyan Monika Belluçi mələk üzü, erotik bədən quruluşu ilə hamını heyran edir.
Byanka Balti
İtalyan və Azərbaycan sevgisinin "meyvəsi olan Byanka Balti mavi gözləri ilə hamıda ilk baxışdan elektrik yayır.
Olivia Culpo
"Miss Kainat yarışmasında ABŞ təmsilçisi olan Olivia bu gözəlliyini italyan qanına borcludur. Atası italyan, anası irlandiyalıdır.
Caterina Murino
"Cazino, "Royal filmlərində onunla birgə baş rolu paylaşan "Ceyms Bond belə Caterinanın gözəlliyinin qarşısında müqavimət göstərə bilməyib. Murino 1997-ci ildən bəri ölkəsinin gözəllik simvolu adlandırılır.