İraqın keçmiş Baş Qərargah rəisi Babəkir Zəbari "dövlət əmlakına zərər vurduğu və nazirliyə aid avtomobilləri vətəndaşlara verdiyi" maddəsi ilə həbs olunub.
Unikal.org Metbuat.az-a istinadən bildirir ki, bu haqda İraq KİV-i məlumat yayıb. Zəbarinin cinayət məcəlləsinin 340-cı maddəsi ilə saxlanıldığı diqqətə çatdırılıb.
Onun azı 7 il azadlıqdan məhrum ediləcəyi gözlənilir.