Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

Unikal.org Haberler-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Muş əyalətinin Bingöllə Solha rayonu arasında baş verib.

Avtobus Hatay şəhərindən Muşa doğru gedirmiş.

Qəza nəticəsində yaralananlar xəstəxanaya yerləşdirliblər. Hadisənin səbəbi araşdırılır.