Viktoriya gölünün Uqanda sahillərində qayığın batması nəticəsində azı 10 nəfər həyatını itirib, daha 5 nəfər itkin düşüb.

Unikal.org xəbər verir ki, bu barədə "Daily Monitor" nəşri yazıb.

Bildirilir ki, qayıqda Buqanda kralının qardaşı olan şahzadə Devid Vasayca da olub. O, xilas edilib. Sərnişinlər arasında yerli müğənnilər İrin Namubiru və repçi "The Mith" də olub. Lakin onların aqibəti barədə məlumat yoxdur.

Jurnalistlərin məlumatına görə, gəmidə120-dənçox adam olma ehtimalı var. Bildirilir ki, hazırda40-dançox sərnişini xilas etmək mümkün olub. Axtarış-xilasetmə işləri davam etdirilir.

Bundan əvvəlAralıq dənizində miqrantları daşıyangəmi batıb.

XXX

Şənbə günü Viktoriya gölünün Uqanda sahillərində gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü yerli polisə istinadən "Reuters" məlumat yayıb.

"Daily Monitor" qəzetinin yazdığına görə, gəminin göyərtəsində ümumilikdə 100-dən çox insan olub. Onlardan 40 nəfəri xilas edilib.

İtkin düşənlərin axtarışları davam etdirilir.