Məleykə Abbaszadənin müəmmalı susqunluğu
17:59 17-11-2012
İQTİSADİYYAT
Məleykə Abbaszadənin müəmmalı susqunluğu
TQDK sədri niyə gözlənilmədən pauza götürdü?
Son ilyarımda təhsil naziri Misir Mərdanovun bostanını aramsız şəkildə daşlayan və bu zaman əksər hallarda konkret faktlardan çıxış edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə qəfildən susqunluğa büründü. TQDK sədri artıq iki aya yaxındır ki, Mərdanovun ünvanına ittihamlarına ara verib və bunun səbəbləri əlbəttə, maraq doğurur.
Qeyd edək ki, Abbaszadə ilə Mərdanovun intriqalarının kifayət qədər qədim tarixçəsi var, amma onlar arasında savaş ötən ilin yay aylarından başlayaraq heç vaxt olmadığı qədər şiddətlənib. Hətta əgər əvvəllər Məleykə Abbaszadə ilə Misir Mərdanov arasındakı konflikt üstüörtülü şəkildə davam edirdisə, son ilyarımda tərəflər bir-birlərinə qarşı açıq şəkildə ittihamlar irəli sürürdülər. Bu ziddiyyətlərin kökündə isə əlbəttə ki,Azərbaycan təhsilinin inkişafı dayanmırdı. Bu, daha çox təhsil üzərində idarəçiliyi və nəzarəti ələ keçirmək istəyən tərəflərin amansız müarizəsi idi.
Əlbəttə, TQDK sədrinin Mərdanova qarşı kəskin və bir çox hallarda ifşaedici çıxışlarına pauza verməsi heç də həmin mübarizənin bitdiyi anlamına gəlməməlidir. Elə bizimlə söhbətində adının çəkilməsini istəməyən təhsil eksperti də oxşar fikirlə çıxış edib. O hesab edir ki, Məleykə Abbaszadə arası kəsilməz hücumlarının Misir Mərdanovu ciddi qınaq hədəfinə çevirdiyi qədər özünü də zərbə altında qoyduğunu anlamağa başlayıb: "Abbaszadə görməyə bilməzdi ki, nə qədər faktlara söykənən çıxışlar etsə də, onun ard-arda hücumları artıq ictimai rəydə iki məmurun davasının şəxsi maraqlardan qaynaqlana biləcəyi fikri yaradır, TQDK sədrinin bəzən qərəzli olduğuna dair təəssürat oyadır. Əminəm ki, bu məqamı aydın görən Məleykə Abbaszadə trəhsil nazirinə qarşı suçlamalarında qısa və ya uzunmüddətli pauza götürməyə qərar verib".
Başqa bir həmsöhbətimiz isə fərqli fikirdədir: "Hesab edirəm ki, Məleykə Abbaszadə ilyarım davam edən hücumlarının Mərdanovun devrilməsi üçün yetərli olmadığının fərqinə vararaq dayandı. O, keçən il yeni dərs ili ərəfəsində geniş miqyaslı hücum başlatdı, bu hücumda ona iqtidar içindəki anti-Mərdanovçu qüvvələrin tam dəstək verdiyi açıq hiss olunurdu. Amma sonda Misir müəllim yeni dərs ilinin başlanmasına günlər qala üç müavinini qurban verərək vəziyyətdən çıxdı. Bu onun əleyhdarlarını, o cümlədən TQDK sədrinin özünü xeyli həvəsləndirdi, onlar düşünməyə başladılar ki, Mərdanovun postunu dayaqlarını əməlli-başlı laxladıblar, hücumlar davam edəcəyi təqdirdə təhsil nazirini devirmək mümkün olacaq".
Amma Mərdanovun bu il də yeni təhsil ilinə nazir postunda başlamasının onun rəqiblərində ruh düşkünlüyü yaratmış ola biləcəyini deyən mənbəmiz hesab edir ki, TQDK sədrinin ona qarşı hücumları bərpa olunacaq: "Ən azı gələn il yeni dərs ilinə Mərdanovsuz başlaya bilmək üçün mən Məleykə Abbaszadənin təhsil nazirini hədəf alan iddia və ittihamlarının yenidən alovlana iləcəyi qənaətindəyəm. Fikrimcə, bu, gələn ilin ilk aylarından başlanacaq".
Bir sözlə, Məleykə Abbaszadənin qəfildən səssizliyə qərq olması səbəbsiz deyil; amma onun sükutu pozacağına dair hər kəs də eyni proqnoza malikdir. Əslində necə olacaq? Bunu isə yaşayarıq, görərik.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00