Rusiya diplomatiyasının Suriya fiaskosu
Rusiya diplomatiyasının Suriya fiaskosu
Lavrov Səudiyyə Ərəbistanda uğursuzluqla üzləşdi

Rusiya ilə gidər maraqlı tərəflər arasında Suriya məsələsində fikir ayrılığı qarşılıqlı qıcıqlanma yaradır. Rusiyanın növbəti dəfə öz mövqeyini müdafiə etmək cəhdi uğursuzluğa duçar olub. Xarici işlər naziri Lavrov bu dəfə Ər-Riyadda müvəffəqiyyətsizliklə üzləşib.
Suriya məsələsi burda da əsas müzakirə predmeti idi və bu da təsadüif deyil. Suriya müxalifəti birləşib və Fransa tərəfindən tanınmaqla ilk diplomatik qələbəsini əldə edib. Qərb analitikləri bunu Rusiyaya növbəti təzyiq kimi qiymətləndirib. Moskva dəfələrlə Suriyanın hazırki prezidentinə leqitim alternativin olmadığını desə də, Avropa bunun əksini göstərir.
Lavrovun Səudiyyə Ərəbistanına səfəri də bu fonda baş tutdu. Ancaq Rusiya mətbuatının yazdığına görə, ilk andan səfər uğursuzluqla başlayıb. Ər-Riyad hava limanı son anda nazirin təyyarəsini qəbul etməkdən imtina edib. Sonradan məlum olub ki, Səudiyyə tərəfi heç bir izah vermədən son anda nazirin təyyarəsini qəbul edəcək hava limanını dəyişib.
Daha sonra RF XİN başçısını daha bir uğursuzluq gözləyirdi. Körfəz ölkələri nazirləri Lavrovun dörd səhifəlik hesabatını dinləməkdən imtina edib və dərhal müzakirələrə keçiblər. Jurnalistlər qarşısında çıxışında isə Lavrov Suriya prezidentinin postunu tərk etməsinin zəruriliyi ilə bağlı Səudiyyə jurnalistinin repelikasına cavab olaraq bilirib ki, "əgər Əsədin getməsi sizin üçün əsasdırsa, onda buna görə yeni qurbanlar vermək lazım olacaq". Bundan sonra toplantıda iştirakına lüzum görməyən rusiyalı nazir işgüzar nahardan da imtina edib.
Bu arada "Hizbullah" Hərəkatının Suriyada kimyəvi silahların saxlandığı bazaların yaxınlığında təlim mərkəzləri qurması ABŞ Müdafiə Nazirliyinin narahatlığını artırıb.
CNN-in verdiyi məlumata görə, kimyəvi silahların "Hizbullah" Hərəkatının əlinə keçməsindən qorxan Pentaqonun təxmini hesablamalarına görə, ABŞ-ın Suriyadakı kimyəvi silahları ələ keçirib zərərsizləşdirməsi üçün bu ölkəyə 75 min əsgər göndərməsi lazımdır.
Pentaqon bu silahların bir qisminin başqa bir yerə aparılıb zərərsizləşdirilməsinin çətin olduğu, ancaq bunun sınana bilinəcəyi qənaətindədir. Başqa bir alternativ variant silahların dənizdə basdırılmasıdır. Lakin bu variant da yetərli sayılmır.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama avqust ayında Suriyaya hərbi müdaxilə barədə düşünmədiklərini, lakin kimyəvi silahların başqalarının əlinə düşməsinin bu yanaşmanı dəyişdirəcəyini söyləmişdi.
Kənan Rzaquliyev