COVID-19 –a qarşı Rusiyaвф istehsal olunan peyvənd yaxın 10 gün ərzində qeydiyyata alına bilər.

Unikal.org Vesti.ru-ya istinadla xəbər verir ki, qeydiyyat bitdikdən sonra bu, dünyada koronavirus əleyhinə istehsalına başlanacaq ilk vaksin olacaq.

Bildirilir ki, cari ilin sonundadək peyvəndin istehsal həcmi ayda 10 milyon doza çatmalıdır.

Rusiyanın hazırladığı vaksinin orqanizm üçün təhlükəsizliyinin təsdiqləndiyi və heç bir yan təsiriт müşahidə edilmədiyi bildirilir.