Futbol üzrə Azərbaycan çempionatında üç oyun təxirə salınıb.
Unikal.org-un məlumatına görə, Peşəkar Futbol Liqasının belə qərar qəbul etməsinə səbəb Azərbaycan ərazisində mövcud olan qarlı hava şəraitidir
Bununla əlaqədar olaraq I divizionun üç matçı qeyri-müəyyən müddətə təxirə düşüb. Stadionlardakı son durum təftiş olunub və bu gün keçirilməli olan “Sabah -2” – “Keşlə-2”, “Neftçi-2” – “Sumqayıt-2” və MOİK – “Kəpəz” oyunları təxirə salınıb. Görüşlərin vaxtı sonradan müəyyənləşdiriləcək. Turun “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyunu planlaşdırıldığı kimi saat 14:00-da başlayacaq.