Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonun cənub-şərqində silahlı insident baş verib.
Unikal.org xəbər verir ki, bu barədə paytaxtın Kolumbia dairə Polis İdarəsinin rəhbəri Robert Konti “The Washington Post” qəzetinə açıqlamasında bildirib.
Kontinin sözlərinə görə, naməlum şəxs Alabama prospektindəki ərzaq mağazasının qarşısında dayanan bir qrup insana atəş açıb.
Atışma nəticəsində 13 yaşlı yeniyetmə də daxil olmaqla 5 nəfər yaralanıb.
Onlardan üçü xəstəxanaya aparılıb, yeniyetmə və digər şəxsə yerində tibbi yardım göstərilib.
Polis İdarəsinin rəisi hadisədən sonra keçirdiyi mətbuat konfransında hadisəni qəbuledilməz olduğğunu vurğulayıb: “Bizim cəmiyyətdə heç kim buna dözməməlidir”.