“Turkish Airlines” aprelin 1-dən Sankt-Peterburqdan Antalyaya uçuşlara başlayacaq.

“Unikal” xəbər verir ki, “Pulkovo” hava limanından Antalyaya baş tutacaq uçuşlar hər gün həyata keçiriləcək.

Aviareyslərdə 156 yerlik Airbus A-320 təyyarəsindən istifadə ediləcək. “Pulkovo” hava limanı Rusiyada sərnişin axınına görə dördüncü yerdədir.