"Rosnano"nun keçmiş rəhbəri Anatoli Çubays Rusiya prezidentinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi vəzifəsini tərk edib.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat verib.
Nəşrin məlumatına görə, Çubays Rusiyanı tərk edib. Siyasətçinin getməsi ilə bağlı məlumatı TASS -dakı mənbə də təsdiqləyib.
Qeyd edək ki, o, 2020-ci ilin sonunda Rusiya Prezidentinin Dayanıqlı İnkişafa nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsini təyin olunub.
Ağarza Elçinoğlu