Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 3 YPG silahlısını (PKK terrorçularının Suriya qanadı) zərərsizləşdirib.

"Unikal"ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Terrorçular “Zeytun budağı” əməliyyatı zonasına hücum etməyə hazırlaşıblar, lakin Türkiyə hərbçilərinin uğurlu əməliyyatları nəticəsində onlar zərərsizləşdirilib.

Əməliyyata artilleriya cəlb edilib.