ABŞ Aerokosmik Agentliyi NASA ilə Roskosmos arasında əməkdaşlıq əvvəlki qaydada davam edir.
"Unikal"ın xəbərinə görə, bunu NASA-nın rəhbəri Bill Nelson mətbuat konfransında bildirib.
Nelson qeyd edib ki, Ukrayna münaqişəsi 2 qurumun əməkdaşlığıa təsir göstərməyib: “Beynəlxalq Kosmik Stansiyadakı astronavtlar və kosmonavtlar, həmçinin Moskva və Hyustondakı uçuşu idarəetmə mərkəzləri arasında münasibətlər dəyişməz olaraq qalır. Bizim də istəyimiz məhz budur”.