Gürcüstanda son sutkada daha 599 nəfərə koronavirus diaqnozu qoyulub, 3 846 nəfər müalicə olunaraq sağalıb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata əsasən, daha 7 nəfər vəfat edib.
Pandemiya başlayandan indiyədək qonşu ölkədə COVID-19 infeksiyası 1 644 711 nəfərdə aşkarlanıb. Onların 1 608 441-i sağalıb, 16 688-i isə ölüb.