Rusiya Hava Kosmik Qüvvələri ötən gecə Ukraynanın 60 hərbi obyektini vurub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib
"Əməliyyat-taktiki və ordu aviasiyası ötən gecə Ukraynanın 60 hərbi obyektinə zərbələr endirib. Onların arasında iki komanda məntəqəsi, iki reaktiv yaylım atəşi sistemi, dörd silah-sursat anbarı, Ukrayna Silahlı Qüvvələrinin 47 silah və hərbi texnikasının toplandığı ərazi var", - deyə Rusiya MN rəsmi nümayəndəsi vurğulayıb.
Konaşenkov onu da əlavə edib ki, ötən gecə Rusiyanın hava hücumundan müdafiə sistemi Staraya Markovka və Xarkov ərazilərində Ukraynanın iki pilotsuz uçuş aparatını məhv edib.