ABŞ Rusiyaya sanksiyalardan yayınmağa kömək etdiklərinə görə bir sıra ölkələri cəzalandıra bilər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat yayıb.
O bildirib ki, ABŞ Rusiyaya sanksiyalardan yayınmağa kömək edən ölkələri cəzalandırmağa hazırdır.
Məlumata görə, burada söhbət Ermənistan, Hindistan, Çin, Səudiyyə Ərəbistanı və BƏƏ-dən gedir.