Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İrandan neft və qaz idxalını artıracağını bildirib.

"Unikal"  xəbər verir ki, "TRT Haber" kanalına eksklüziv müsahibə verən Ərdoğan Ankaranın qonşu ölkələrlə ikitərəfli ticarət və əməkdaşlığı davam etdirəcəyini bildirib və ölkəsinin bu baxımdan İrandan neft və qaz idxalını artıracağını qeyd edib.

O,  həmçinin Türkiyənin İranın xarici siyasətində və ticarətində xüsusi mövqeyə malik olduğunu vurğulayıb.