Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Taksim məscidində cümə namazı qılıb.

"Unikal" xəbər verir ki,  daha sonra Ərdoğan Beynəlxalq Qadın və Ədalət Zirvəsinə qatılmaq üçün AKM-ə yola düşüb.

Vətəndaşlardan böyük maraq görən Ərdoğan qısa müddət onlarla söhbət edib. Belə ki, yaxınlıqdakı simit piştaxtasına gedən prezident Ərdoğan oradan aldığı simitləri vətəndaşlara təqdim edib.

Türkiyə liderinin səmimi videogörüntüləri sosial şəbəkədə gündəm mövzusu  olub. 

Gülayə  Mecid