Suriyada zəlzələ qurbanlarının sayı 3 162 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumat görə, təbii fəlakət zamanı daha 2 200 nəfərdən çox insan yaralanıb.
Son məlumatlara görə, Türkiyədə də zəlzələdə ölənlərin sayı 17 674-ə çatıb, daha 72 879 nəfər yaralanıb.
Beləliklə, Türkiyənin cənubunda və Suriyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 20 900 nəfərə çatıb.
Xatırladaq ki, hər iki ölkədə təbii fəlakət fevralın 6-da baş verib.