ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla danışıb.
"Unikal" xəbər verir ki, o, bu barədə "Twitter"də məlumat paylaşıb.
"Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın zəlzələdən xilasetmə səylərinə dəstəyi ilə bağlı mühüm danışığımız oldu. Biz Türkiyə və Suriyadakı qurbanlara kömək etmək üçün əlimizdən gələni etməkdə davam edirik" - deyə Blinken vurğulayıb.
Gülayə Mecid