Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə iki dağıdıcı zəlzələdən sonra dünyanın bir çox ölkəsindən Türkiyəyə yardım və dəstək göndərilməkdə davam edir.
"Unikal" xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına qatılıb.
Belə ki, Sunak "University College London"da (UCL) tələbələrin başlatdığı yardım kampaniyasına qoşulmaq üçün universitetə gedib və Türkiyə Tələbə Birliyi üzvləri ilə görüşüb.
Tələbələrə yardım materiallarını çeşidləmək və qablaşdırmaqda kömək edən Baş nazir həmçinin papaq, şərf və adyal bağışlayıb.
"Türkiyədə insanlar bu dəhşətli faciədən təsirləndi. Faciənin miqyasını anlamaq həqiqətən çətindir. Türkiyəyə kömək etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə Sunak tələbələrlə görüşündə deyib.
Gülayə Mecid