Ermənistanın zəlzələdən zərərçəkən Türkiyəyə humanitar yardım göndərməsi sayəsində Türkiyə-Ermənistan sərhədi 35 il sonra açılıb.
"Unikal" erməni KiV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan özünün “Twitter” hesabında paylaşım edib.
Bildirilir ki, Ermənistandan gələn humanitar yük dolu 5 TIR 35 ildir bağlı qalan Alican sərhəd qapısından keçib.
Sərhəd qapısı sonuncu dəfə 1988-ci ildə istifadə olunub.