Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

"Unikal" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Azərbaycan FHN-in xilasedicilərinin Türkiyə və Belarusdan olan həmkarları ilə birgə həyata keçirdikləri xüsusilə mürəkkəb xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda dağıntılar altında 198 saat qalmış 2 qardaş – 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbaki sağ xilas olunublar.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

***10:48

Kahramanmaraşda baş verən zəlzələnin 198-ci saatında ikiqat möcüzə baş verib.

"Unikal" xəbər verir ki, hadisənin 9-cu gündə 17 yaşlı Muhammet Enes və Abdulbaki adlı gənc dağıntılar altından sağ çıxıb. 

Dağıntılar altından sağ-salamat çıxarılan gənclər təcili yardımla xəstəxanaya yerləşdirilib.