İndoneziyanın Maluku əyalətinin Key adalarındakı Tual şəhərinin cənub-qərbində 6,1 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 6,1 bal gücündə zəlzələnin episentrinin Tual şəhərindən 130 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.
Sözügedən mərkəz zəlzələnin yerin 38,6 kilometr dərinliyində baş verdiyini bildirib.
Zəlzələdə can və ya mal itkisi barədə hələlik məlumat verilməyib.