Zəlzələdən zərər çəkmiş bölgələrdə talan etməkdə şübhəli bilinən 150-dən çox adam saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Ədliyyə Nazirliyi məlumat yayıb.
“Rayonda oğurluq, talama və ixtisaslı dələduzluq faktları üzrə 152 şübhəli saxlanılıb”, - məlumatda deyilir.
Bundan əlavə, araşdırmalar nəticəsində zəlzələ zamanı dağılmış binaların tikintisi və təmiri ilə məşğul olmaqda şübhəli bilinən 83 podratçı həbs edilib.