Malatyada 26 nəfərin öldüyü yaşayış kompleksinin rəhbəri saxlanılıb.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədəki “əsrin fəlakəti” adını almış zəlzələlərdən sonra dağılan binalarda aparılan araşdırmalar zamanı daha bir nəfər şübhəli şəxs qismində saxlanılıb.
Məlumata görə, 25 binadan ibarət olan “Bulutlar” adlı yaşayış kompleskinin rəhbəri Bursa şəhərində saxlanılıb. Qeyd olunub ki, bu istiqamətdə araşdırmalar davam etdirilir.