ABŞ prezidenti Co Baydenin Varşavada NATO-nun şərq cinahının liderləri ilə görüşəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilir ki, görüş zamanı Bayden digər məsələlərlə yanaşı, Rusiyanın cilovlanmasının gücləndirilməsi və Polşanın Ukraynaya silah tədarükündəki rolunu müzakirə edəcək.
Polşa prezidenti Anjey Duda daha əvvəl bildirmişdi ki, ABŞ prezidenti Co Baydenin Polşaya gözlənilən səfəri ölkə üçün təhlükəsizlik təminatlarının təmin edilməsinin simvoludur.
Duda həmçinin Amerika liderinin gələn həftə Varşavada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcəyini istisna etməyib .
Bundan əvvəl Ağ Ev Co Baydenin Polşaya səfərinin fevralın 20-dən 22-dək baş tutacağını bildirmişdi.