Belçikanın Antverpen (Antverpen) şəhərində narkotik şəbəkəsinin liderlərindən biri olduğu bildirilən Abdelilah El M.-nin Türkiyədə yaxalanıb.
"Unikal" xəbər verir ki, cinayət təşkilatları arasında “Qara” və “Narkos” ləqəbləri ilə tanınan mərakeşli narkobaron bir müddətdir yaşadığı Türkiyədə xizək tətilindən qayıdarkən yol sənədini itirdiyi üçün saxlanılıb.
Belçika səlahiyyətliləri Türkiyədən El M-in ekstradisiyasını istəyib. Bununla belə, Belçika mediası yazır ki, Türkiyə Sabancı sui-qəsdində şübhəli bilinən Fehriye Erdalın qərarına görə ekstradisiyaya mane ola bilər.
Cənubi Amerika mərkəzli kokain ticarətinin ən önəmli adlarından biri 38 yaşlı Abdelilah El M. mobil telefonu ilə video zəng edərkən Türkiyə polisi tərəfindən dayandırılıb.
Belçikalı narkotik şübhəlisi yaşayış yeri statusu və sənədləri olmadığı üçün əmisi oğlu “Madonna” ləqəbli Kərim El M. ilə birlikdə saxlanılıb.
Belçikanın Ədliyyə Naziri Vincent Van Quickenborne, Abdelilah El M.-nin saxlanmasını "Axtarılanlar siyahımızın başında həqiqətən də Türkiyədə həbs edilib" sözləri ilə təsdiqləyib.
Belçika İstanbulda müvəqqəti təcridxanada saxlanılan El M.-nin ekstradisiyasını tələb edib. Abdelilah El M. narkotik dəstəsinin lideri olduğu üçün 8 il həbs cəzasına məhkum edilib.